Menu

Sərnişin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var + ADLAR (YENİLƏNİB)

01.06.2018, 15:17
Sərnişin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var + ADLAR (YENİLƏNİB)

Hacıqabul rayonunda qəzaya uğrayan Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan daha 17 nəfərin adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, onların hamısı Gürcüstan vətəndaşlarıdır.

Yaralıların siyahısını təqdim edirik:

1. Qvanca Makhabelli - 2000-ci il təvəllüd

2. Orbalişvili Petri Qadiroviç sürücü - 1971-ci il təvəllüd

3. Anna Qavuaşvili - 1983-cü il təvəllüd

4. Tamar Okronidze - 1972-ci il təvəllüd

5. Georgi Okronidze. Tamar Okronidzenin oğlu

6. Mariam Datviaşvili - 1995-ci il təvəllüd

7. Muriya Şuşaşin - 2002-ci il təvəllüd

8. Timatin Dokaşvili - 1976-cı il təvəllüd

9. Kuridze Qoderedze - 1991-ci il təvəllüd

10. Eka telberaşvili - 1976-cı il təvəllüd

11. Vano Bluaşvili - 2000-ci il təvəllüd

12. Niktlo Lovjanidze - 1975-ci il təvəllüd

13. Mariya Lovjanidze - 2000-ci il təvəllüd

14. Quli Şatanaşvili - 1964-cü il təvəllüd

15. Vaxtanq Datvirili - 2000-ci il təvəllüd

16. Tamta Şatanyaşvili - 2000-ci il təvəllüd

17. Sofiya iskoveradze - 1988-ci il təvəllüd

Şirvab Şəhər Xəstəxanasına əlvə 2 nəfər də xəsarət alan gətirilib.

***

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

[gallery columns="7" ids="423399,423400,423401,423402,423403,423404,423405"]

* * *

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol