RUSİYA XİN-in SAXTAKARLIĞINA RƏSMİ CAVAB - "Ağlasığan və başadüşülən deyil..."

Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm.

Bunu Rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinin stenoqramının orijinal nitqdən fərqli təqdim olunması ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Bu ağılasığan və başa düşülən hal deyildir. Trend agentliyi tərəfindən təqdim olunan videoda açıqlamanın Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar tərəfi olması iddiası kontekstində verildiyi və Ermənistan rəhbərliyinin bu addımının qeyri-konstruktiv adlandırıldığı aydın şəkildə görünür. Rusiya XİN-nin rəsmi saytında mətbuat konfransının stenoqramasında isə zəngin rus dilinin imkanlarından istifadə edilərək verilən cavabın guya Trend-in jurnalistinin sualına aid olduğu yazılır.

Əlavə etmək istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin danışıqlarda iştirak etməsi barədə Ermənistanın yeni hakimiyyətinin iddiaları tamamilə əsassız, gülünc və qeyri-konstruktivdir. Azərbaycan ərazilərini güc yolu ilə işğal edən və işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu saxlayan dövlət olaraq Ermənistan məsuliyyət daşıyır. Bu beynəlxalq hüquqi məsuliyyət Ermənistanı avtomatik olaraq münaqişənin tərəfi edir.

Xarici işlər naziri Elmar Məmmədyarov ilə 15 mayda Parisdə keçirilmiş görüşdə həmsədrlər özləri Ermənistanın bu mövqeyinin əsassız olduğunu bildirmişdilər.

Göründüyü kimi Ermənistanın yeni rəhbərliyi qəbul olunmuş mövcud format və gündəlik əsasında münaqişənin həlli istiqamətində çalışmaq əvəzinə bu kimi əsassız iddialarla danışıqlar prosesini pozmağa və ya iflic etməyə cəhd göstərir".

635x100

Şərhlər

NURəddin 2018-06-02 18:28:54

Qarabağı almaq su içmək qədər asandır. Sadəcə Rusiyanın əli ilə türk qanı daşıyanlar bu işdən uzaqlaşdırılıb.

Vetendashin TELEBI ! 2018-06-02 18:28:54

ECLAF ermeni ishqalchilarini Azerbaycan erazisinde, INTENSIV RAKET ZERBESI - YAQISHI ile MEHV ETMEK VAXTI CHATIB ve SON QOYULMALIDIR NETICESIZ soz - sohbetlere ALCHAQ ermeni ishqalchilari ile ve onlarin himayedarlari ile. Azerbaycan hakimiyyeti KONSTITUSIYAYA ESASEN, RESMI AND ICHIB Azerbaycan BAYRAQI QARSHISINDA ve Azerbaycanin MILLI MARAQLARINI DAIMA QORUMAQ OHDELIYINI GOTURUB !!! Marfa Zaxaryan, hiyleger-riyakar Kalantaryan, Putinyan ve diger AVANTYURIST-PROVOKATORLARI Azerbaycan XALQI TANIYIR...

t.ədalət 2018-06-02 18:28:54

Nə qədər ki bizim nazirlərimiz rusca düşünür və rusca danışır elə belə olacaq.Ölkəmizdəki bütün strukturlara öz casuslarını yerləşdirən Rusiya etdiyi və sərgilədiyi mövqelərə görə bizim respublikanın nə reaksiya verəcəyini vecinə belə almır.Rusiya şəxsi maraqları üçün,lazım gəlsə Azərbaycanı hər an erməniyə qurban verməyə hazırdır....

keçici qırmızı bayraqlar 2018-06-02 18:28:54

Ey gələcəyin Cənubi Afrika Respublukasındakı səfiri (Brilyantlar yanında)! Bəyəm sənin xəbərin yoxdur ki, bu danışıqlar 20 ildir ki, komadadır? P.S. Buna bircə ad vermək olar, milləti sarımaq.

Bəhram Qarabağlı 2018-06-02 18:28:54

Bakının xahiş və тələbini тərəflər heç zaman qəbul eməуiblər! Xankəndi ilə danışıqlar həllə daha уaxındır. Belə Sülh danışıgının ilkin şərтi isə Qarabagdan büтün hərbi qüvələrin çıxarılması və Ermənisтanın heç vaxт D.Qarabagı Azərbaуcandan aуri qurum kimi тanımaуacagına rəsmi zəmanəтidir. Yalnız bundan sonra Xankəndi ilə danışıqlar mümkündür.

Son yazılar