İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır, bu barədə "report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib.


Şərhlər
Allah belavi versin
bütün dünyada tariflər yüksəkdir,əvəzində yüksək maaşlar verilir.Bizim hökümət isə yalnız vətəndaşları "minməyi" bacarır.
BILMIRSEN QAZ ISLEDESEN YOXSA ELEKTIRIK BACARIQSIZLAR YEYIRLER DOYMURLAR GOZUNUZU EZRAYIL DOYDURSUN HAMISINI ISTEDIKLERI KIMI SATIRLAR YENI PUL DOVLETE YOX CIBLERINE AXIR SIRKETLERIN PULSUZ AZERBAYCANA VERDIYI QAZ 20 QEPIYE BU AC MILLETE SATILIR YENE GOZUNUZ DOYMUR
Allah Ulu ondere rehmet elesin.Bunun kimilere deyirdide evde arvada soz deye bilmir amma bu boyda ölkeye hökm etmek isteyir.
Birinci bölgelerdeki o köhnə xetleri düzelt,xett saxlayan çürümüş stolbları ,şebekelere rehberlik eden 27 yaşlı belediye işçilerini (icra başçılarının .....) deyiş, sonra qiymet qaldırarsan.
Başqa ölkələrə 4 qəpiyə satılan enerji bizə 7 qəpiyə satılır yenədə bahadı deyirlər
Bu adamların ,görəsən,milləti nədir?Məgər anlamırlar ki,bahalanma,artıq əhalinin sümüyünə dirənib.Artıq adamlar enerji ilə işlətdiyi avadanlıqlardan istifadəni dayandırmaq məcburiyyətində qalıb.Nə istəyirsiniz bu ehtiyac içərisində boğulan camaatdan?İşləyə bilmirsinizsə,istefa verin!Xalqı sıxışdırmayın!
bütün dünyada maaşlar pensiyalar da yüksəkdi. bütün dünya neft qaz ölkəsi deyil. mən neft qaz ölkəsində yaşayıb az gəlirlə dolanmağa məcburam. maaşımı dollarla evroyla vermirsizki.
15-20 ilə heç də münasib olmaуan belə asılı qurum уaradılıbsa, heç də normal iş gozlənilməzdi!? Məncə, Dovləтin inzibaтi qurumu Raуon vahidlərindən ibarəтdir. "Тəmiz şəhər"ASC nədən nazirlikdə olmalıdır? Ozü də, Тəbii Sərvəтlər deуil, İqтisadiууaт nazirliуinin? Dovləт Sтrukтuru deуil, bu asılılıqda Haуkanuşun ozəllik hamamı çalışa bilər. Тəbii ki, uуgun vəsaiтin kimlərinsə sərəncamında qalması üçün?
tam yalandır..onlar əksər şərqi avropa və qonşu ölkələrdəkindən yüksəkdir..