Menu

İTV-də kadr dəyişiklikləri olub - SİYAHI

05.06.2018, 18:15
İTV-də kadr dəyişiklikləri olub - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) bir sıra kadr dəyişiklikləri olub.

Bunu “Report”a açıqlamasında İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov deyib.

O bildirib ki, bununla bağlı qərar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının bugünkü iclasında qəbul edilib.

M.İmanov qeyd edib ki, İTV-nin baş direktor müavini Həsən Abdullayev vəzifəsindən azad olunub: “O, özü istefa ərizəsi yazmışdı. İTV baş direktorunun İctimai siyasi məsələlər və informasiya üzrə müavini vəzifəsinə Murad Hüseynov təyin olunub.

Aparat rəhbəri vəzifəsinə Faiq Qürbətov təyinat alıb. Əvvəllər bu yer vakant idi. Əliyeva Leyla yenidən Musiqi Departamentinə təyinat alıb. Həmin vəzifədə indiyə kimi Lamiyə Ələkbərova çalışırdı. O da öz ərizəsi ilə işdən ayrılıb. Yusif Həmidov maliyyə üzrə direktor vəzifəsinə təyinat alıb. Bu vəzifə də bu günə kimi vakant idi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol