Menu

"Bağçada tərbiyəçilər kişilər olsun" – Deputat

12.06.2018, 14:12
"Bağçada tərbiyəçilər kişilər olsun" – Deputat

Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir:

“Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar”.

Deputat Azərbaycanda da bu istiqamətdə sosial araşdırmalara başlamağı təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol