Menu

Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb

12.06.2018, 16:29
Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb

Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol