Menu

ABŞ nə üçün İranla nüvə sazişindən çıxdı? - Espert danışır...

13.06.2018, 00:12
ABŞ nə üçün İranla nüvə sazişindən çıxdı? - Espert danışır...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nüvə fəlakətinin qarşısının alınması üzrə Beynəlxalq Lüksemburq forumunun gedişində professor, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir Sajin bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişinin (BHFP) dağılması istiqamətdə atdığı addımların məqsədləri sırasına həm də Avropa İttifaqına, ilk növbədə, Fransa, Böyük Britaniya və Almaniyaya iqtisadi ziyan vurmaqdan ibarətdir.

«Birgə hərtərəfli fəaliyyət planına (BHFP) vurulan zərbənin məqsədi həm də Avropadır. Avropa İttifaqı, o cümlədən Fransa, Britaniya və Almaniya - Aİ-nın nüvə sazişində iştirak etmiş 3 dövləti. Onlar Trampın nüvə sazişinə yönəlik siyasətinə qarşı çıxdılar» - deyə, Sajin qeyd edib.

Ekspertin sözlərinə görə, Vaşinqtonun belə tədbirləri iqtisadi baxımdan tam əsaslıdır.

«Sanksiya rejimindən çıxan İran beynəlxalq biznes üçün dadlı tikəyə çevrildi. Aİ-nın praktiki olaraq bütün ölkələri, o cümlədn, Yaponiya, Cənubi Koreya, Çin, Cənub-Şərqi Asiya ölkələri, Rusiya İranla itisadi münasibətlərin inkişafında maraqlıdırlar və yeni anti-İran kampaniyasına, yeni anti-İran sanksiyalarına qarşı çıxırlar» - Sajin əlavə edib.

O, əmindir ki, Aİ İrana investisiya yatıran Avropa şirkətlərini qorumaqda davam edəcək və nüvə sazişinə sadiq qalacaq.

«Bu tədbirlərdən biri kimi, Avropa Komissiyasının 1996-cı ildə tətbiq etdiyi «tənzimlənən requlyasiya» tədbirinin aktivləşdirilməsini misal gətirmək olar. O zaman bu tədbir ABŞ-ın İrana, Kubaya və Liviyaya tətbiq etdiyi sanksiyalara cavab olmuşdu. Belə ki, Amerikanın məhdudlaşdırıcı tədbirləri eksterritorial xarakter daşıyırdı və Avropa firmalarının bu ölkələrdəki maraqlarını təhdid edirdi, sənəd Aİ rezidentlərinə (şirkət və biznesmenlər) bu sanksiyalara əməl etməyi və xarici məhkəmələrin qərarlarına tabe olmağı qadağan edirdi» - Sajin bildirib.

O, xatırladıb ki, requlyasiya sanksiyalardan ziyana düşən şirkətlərə imkan verir ki, bu ziyanın ödənilməsini ziyanvurandan tələb etsin.

Əlbəttə, London, Paris, Berlin mürəkkəb vəziyyətə düşüb. Onlar bir tərəfdən ABŞ-ı Avropa biznesi üçün İranda xırdaca bir pəncərəcik qoymağa inandırmalı, o biri tərəfdən isə İran hakimiyyətini inandırmalıdırlar ki, yaranmış vəziyyətə daha realist və obyektiv yanaşsın, çox sərt və yerinə yetirilmə imkanı az olan ultimatumlar səsləndirməsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol