Bu gün 21-ci dünya çempionatına start verilib.
Qol.az-ın xəbərinə görə, Rusiyada təşkil olunan mundial 1 ay davam edəcək.
Yarışın ilk günü bir görüş keçirilib. A qrupunda meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. “Lujniki” stadionunda keçirilən mundialın ilk matçı rusların böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.
Qeyd edək ki, A qrupunun digər oyununda sabah Misir və Uruqvay mililəri üz-üzə gələcək.
14 iyun
DÇ-2018
1-ci tur
A qrupu
19:00. Rusiya – Səudiyyə Ərəbistanı - 5:0
Qol: Yuri Qazinskiy, 12, Denis Çerışev, 43, Artyom Dzyuba, 71, Denis Çerışev, 90+1, Artyom Dzyuba, 90+4
Baş hakim: Nestor Pitana
Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandru Riççi (Braziliya)
Rusiya, Moskva. “Lujniki” stadionu.
15 iyun
16:00. Misir – Uruqvay


Şərhlər