«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «Böyük yeddilər»in liderlərinə bəyan edib ki, Krım Rusiyaya məxsusdur. Diplomatik mənbəyə istinadla, bu barədə xəbəri «Buzz Feed News» resursu yayıb.
«Donald Tramp G7 liderlərinə deyib ki, Krım - Rusiyanındır, çünki orada yaşayanların hamısı rusca danışır» - deyə, portalın müsahibi bildirib.
O, həm də xəbər verib ki, Tramp G7 liderlərinin Kiyevə göstərdikləri dəstəyi sual altına alıb və bəyan edib ki, Ukrayna - dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biridir.
Mənbənin məlumatına görə, bu bəyanatla Tramp ötən cümə günü «Böyük yeddilər»in liderlərinin yığışdığı nahar yeməyi zamanı çıxış edib.
Resurs qeyd edir ki, hazırkı anda məlum deyil, ABŞ Prezidentinin bəyanatı «ötəri ortaya atılmış zarafat»dır, yoxsa ABŞ-ın cari xarici siyasətində radikal dönüşdən xəbər verir?


Şərhlər
ABD-de yashayan ingilisler ve avropalilar Avropaya mexsusdur.Torpaqlar qizil derili hindulara mexsusdur.
Bu şizofrenikin sözünü məyər tayaya qoyan var ki??
Bu mentiqle ABS da Ingiltereye mexsusdur. Cunki orda yasayanlarin hamisi ingilis dilinde danisir.
Ukraynaya Saakaşvilinin gözüylə baxanda əlbətdə ki,karrupsiyalaşmış ölkədir.ABŞ da İngiltərəyə ``məxsusdur``,çünki,ABŞ-da hamı ingiliscə danışır.