Xəbər verdiyimiz kimi, Binəqədidə “Dərnəgül” tikinti materialları bazarında yanğın baş verib. Sahibkarlara böyük ziyan dəyib.
Yanğınn zamanı 22 mağaza yanıb. Hadisə zamanı xırdavat məhsulları yanıb, taxta şalbana ziyan dəyməyib. Ən çox zərər zərdablı Sabiq adlı sahibkara dəyib. 300 mindən artıq məhsulu külə dönüb. İlkin ehtimala görə, yanğın səbəbi qısaqapanmadır.
***

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
Yanğın zamanı xəsarət alanlar olub. Virtualaz.org xəbər verib ki, hələlik 3 nəfərin təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığı məlumdur. Onlardan biri tüstüdən zəhərlənib. Digəri isə istilik sistemləri satılan mağazanın icarəçisidir və içəridə 500 min manatdan çox dəyərində malı qalıbmış. Kimliyini dəqiqləşdirə bilmədiyimiz həmin ticarətçi mallarını xilas edə bilmək üçün özünü alovun içinə atıb və ciddi yanıq xəsarətləri alıb. Xəstəxanaya aparılanlardan biri də FHN-nin əməkdaşıdır, yanğınsöndürəndir. Onun da tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerində çoxlu sayda təcili tibbi yardım avtomobilləri var və yanğından xəsarət alanların sayının artması istisna deyil.
Qeyd edək ki, mağazaların işçiləri yanğından yanmamış tikinti materallarını küçəyə töküblər, əraziyə yüzlərlə adam toplaşıb. Hadisə gecə saatlarında baş verdiyindən, mağaza sahiblərinin bir hissəsi bundan səhər xəbər tutublar.
Mağaza sahiblərindən birinin sözlərinə görə, hadisədən xəbər tutanda bütün mağaza yanıb kül olub. Hadisənin hansı səbəbdən baş verdiyini isə heç kim bilmir.


Şərhlər
Ne qisaqapanma ? Bu meshur metoddu. Obyekt sahibini qovmaq isteyirler o da cixmaq istemir. Geceyle yandirirlar vessalam. Birazdan Azerbaycani diri yandiracaqlar.