"GünayBank"ın hesablarından 100 milyon manat mənimsəyən bank idarə heyətinin sədr müavini Emin Zeynalov saxlanılıb. Bu barədə Haqqin.az saytı xəbər yayıb.
Bildirilir ki, Zeynalov DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Qeyd edək ki, Zeynalovun çırpışdırıdığı pulları ofşor zonasındakı banklara köçürdüyü bildirilir. E.Zeynalov ölkənin əri banklarından biri olan "GünayBank"ın departamentinə rəhbərlik edib. 2017-ci ilin aprelində o, GünayBank-ın idarə heyətinin sədr müavini vəzifəsinə irəli çəkilib.
Bankın əsas səhmdarı tanınmış biznesmen Mahmud Məmmədov və onun xanımı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76 faizinə sahibdirlər. Mahmud Məmmədov bankın müşahidə şurasına rəhbərlik edir.
Qeyd edək ki, "GünayBank” ASC-də baş verən fırıldaqların Mahmud Məmmədovun xəbəri olmadan baş verməsi mümkünsüz sayılır.
Onu da qeyd edək ki, "AzPolitika.info"ya verilən məlumatda Emin Zeynalovun tanınmış bankir Zakir Zeynalovun oğlu olduğu bildirilir.
Xatırladaq ki, Zakir Zeynalov 1998-ci ildən 2000-ci ilə kimi Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2000-ci ildən isə həmin bankın bazasında yaradılmış Birləşmiş Universal Səhmdar Bankım (BUSB) İdarə Heyətinin sədri vəzifəsində işləyib.
Sonradan bank sektorundan uzaqlaşan Zakir Zeynalov 2008-ci ilin aprel ayından 2012-ci ilin may ayına kimi “Finans Lizinq” ASC Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Hazırda elmi fəaliyyətlə məşğul olur.
AzPolitika.info


Şərhlər
Haci Zakirin emelleridir butun bu yeyintiler,o cavan ushaq oz bashina bunlari hech zaman ogurlaya bilmez!Haci nece Senaye investesiya bankina sedr sechildi hech de yaddan chixmayib ve hansi .... etmishdi 1998-ci ilin yanvarinda olke rehberliyine Allah bilir.O zaman SIB-in Kepez f-nin yanmasin teshkil eden ve 3 bankin birleshmesi zamani o banklarin -dovletin mulklerini ozunukleshdirende bu gunu dushunurdumu?Haci Sumqayit SIB-in kechmish ve olmush mudiri gurcustanli Qasimi dirilden Haci Zakirdir,Taksto
BES MALIYYE BAZ. NEZARET PALATASI HER AY GUYA BANKLARI YOXLAYIR,BANKLARIN HAMISI MOWENNIKLERINDI.HAMINIZ OLSUN,SAQ SALAMAT YEMEYESINIZ....
Talayın görüm axırınız hara gedib çıxacaq.Belə acınacaqlı halın ən böyüyü Unibankdadır.Milleti intihara aparan Unibankda da milyardlar talanır və xarıcı ölkələrə daşınır.Yəqin ki,yaxın zamnlarda Bandotdel Unibankla da məşqul olar İNŞALLAH.
Bes sedir deyirdi yalandir bizde cemi 50 ml yaxin pul olur 100 ml haradan apara biler? Bunlarin hamisi bir bezin qiragidir ve pullar da haramdan qazanilib ona gore de o buna atir bu da ona!!!
Bbes dunen deyirdiniz qachib olkeden.Deqiqleshdirilmemish melumatlari niye yazirsiniz?
Bu Eminin bir dələduz .... Dədə baba qaydası ilə, onu da gətirib Azərbaycan Sənaye İnvestisiya Bankına sədr qoydular. Gələn kimi bütün filial rəhbərlərini işdən çıxarıb yerinə təzələrini yığdı. Sonra da 3 bankı birləşdirib ona verdilər.Yenə başlaqdı al-verə. İndi bu uşağın qanındadır...başqa cür ola bilməz.