Menu

Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda

23.06.2018, 15:34
Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda

Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib. Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.

Şərhlər

t.ədalət 2018-06-23 15:34:39

..... İnam müəllim də işi bilmədiyinə görə çarəsiz bir duruma düşüb,hadisələr isə ard-arda sıralanır...Allah köməyi olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol