Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.
Bunun ardınca şəxsi heyətin keçidi olub.
Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib.
Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
* * *
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında təntənəli hərbi parad keçirilir.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.
* * *
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.
APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.
Mərasim dövlət himninin oxunması ilə başlanıb.
Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.


Şərhlər
ULU ÖNDƏR HEYDƏR ƏLİRZAOĞLU ƏLİYEV - TAM VARLIĞIYLA AZƏRBAYCANI SEVƏRƏK VƏTƏNİNƏ-DÖVLƏTİNƏ-XALQINA XİDMƏT EDƏN, BÜTÜN TƏHLÜKƏLƏRƏ BAXMAYARAQ XİLASKARLIQ MİSSİYASIYLA AZƏRBAYCAN XALQININ SİVİL FORMALAŞMASINDA XÜSUSİ XİDMƏTLƏR GÖSTƏRƏRƏK ÖZÜNÜN-AİLƏSİNİN-XALQININ İMZASINI MÜASİR DÖVRÜN DÜNYA DÜZƏNİNƏ ATMAĞA NAİL OLMUŞ MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİDİR VƏ AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİDİR!
AZƏRBAYCANIN MİLLİ QÜRURU zati-aliləri İLHAM HEYDƏROĞLU ƏLİYEV - atası ULU ÖNDƏR HEYDƏR ƏLİYEV fenomenal şəxsiyyətinə layiqli bir övlad və siyasi varisi kimi Azərbaycan xalqından tam dəstək alaraq öz cəsarətli-qətiyyətli əzmkar siyasətiylə AZƏRBAYCANI HƏM DÜNYA MİQYASINDA - HƏM DƏ REGİONDA SÖZ SAHİBİ-REGİONAL GÜC MƏRKƏZİ ETMƏSİNƏ NAİL OLMASI AZAD AZƏRBAYCAN DÖVLƏTİNİN-XALQININ XOŞBƏXT GƏLƏCƏYİNİN HƏLLEDİCİ FAKTORUDUR!