Menu

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03.07.2018, 09:31
Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17,31 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.

2017-ci ildə Birliyin uzunmüddətli aktivləri 2,2% azalaraq 14,051 mln. manata, cari aktivləri isə 1,8% artaraq 3,258 mln. manata çatıb.

Hesabat dövründə rabitə müəssisəsinin cəmi öhdəlikləri 7,4% azalaraq 1,805 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri dəyişməyərək 755 min manat, qısamüddətli öhdəlikləri isə 12,1% azalaraq 1,05 mln. manat, cəmi kapitalı isə 0,75% azalaraq 15,505 mln. manat olub.

Ötən il Birliyin xidmətlərin göstərilməsindən gəliri 10,082 mln. manat (əvvəli ilə nisbətən 10,9% çox), xidmətlərinin maya dəyəri 7,587 mln. manat (8,9% az), inzibati xərcləri 2,927 mln. manat (39,7% çox), sair gəlirləri 349 min manat (71,9% çox), məzənnə fərqindən zərəri 33 min manat (əvvəlki il gəlir olub) təşkil edib. Son nəticədə qurum 2017-ci ili 116 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 9,65 dəfə azdır.

Şərhlər

Rabitəçi 2018-07-03 09:31:32

Teleradio İB-nin kollektivi qohum-qardaşdan ibarətdir... Birliyə məxsus olan nəqliyat vasitələri Şəki də tüğyan edir,şəxsi məqsədlər üçün istifadə olunur... ona görədə ordan müsbət iş gözləmək qeyri-mümkündür... Əflatun Şərifov tərəfindən savadsız kadrlara üstünlük verilib,vətəndaşı dövlətdən narazı salma hallarına rəvac verilir. Odur ki,vaxtı uzatmadan köklü kadr islahatları aparılmalıdır.....?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol