Menu

ABŞ İranı qarışdırmaq niyyətindədir - 24 saat fars dilində fəaliyyət göstərəcək telekanal açır

24.07.2018, 00:05
ABŞ İranı qarışdırmaq niyyətindədir - 24 saat fars dilində fəaliyyət göstərəcək telekanal açır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin (DD) başçısı Mayk Pompeo İran hökumətinin «mafiyaya oxşadığını» dilə gətirib.

«Röyter» agentiyinin məlumatına görə, Pompeo İran İslam Respublikası (İİR) ali məmurlarının «sonsuz varidatına»  barmaq tuşlayıb.

Pompeonun fikrincə, iranlılar öz ölkələrinin siyasi kursunu özləri müəyyən etməlidirlər. Bu zaman Vaşinqton «İran xalqının çoxdan qulaqardına vurulan səsini dəstəkləməyə hazırdır». Xüsusilə, ABŞ hakimiyyəti «bütün dünyadakı İran auditoriyası üçün» 24 saat fars dilində fəaliyyət göstərəcək telekanalı və radiostansiyanı işə buraxmağı planlayır.

Məlum olduğu kimi, may ayında ABŞ-n Prezidenti Donald Trpmp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol