Menu

Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var

02.08.2018, 00:38
Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var

Yevlax rayonunda baş vermiş avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində, Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol