Menu

Məhkəmə xural.com saytını bloklayıb (Yeniləndi)

08.08.2018, 17:57
Məhkəmə xural.com saytını bloklayıb (Yeniləndi)

Bu gün Səbayel Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin xural.com saytının bloklanması haqda müraciətinə baxılıb.

Mərkəz saytda dərc edilən yazılarda "Kibertəhlükəsizlik haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunların pozulduğunu bildirib.

Əsasən söhbət Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd, Sabunçu xəstəxanasında xəstələrin ölümü, baş nazirin müavini Əli Həsənovun nəvəsinin vaxtından əvvəl azadlığa buraxılması, bloger Mehman Hüseynova ölüm ayağında olan anası ilə görüşə icazə verilməməsi ilə bağlı 4 yazıdan gedir.

Saytın redaktoru Əvəz Zeynallı deyib ki, sözügedən materialların saytdan çıxarılması barədə Elektron Təhlükəsizlik Mərkəzindən tələb daxil olmayıb. Məhkəməyə müraciət barədə bu gün səhər məhkəmədən edilən telefon zəngindən sonra xəbər tutub.

Redaksiya digər informasiya resurslarının, əsasən Turan İnformasiya Agentliyinin məhsulu olan üç yazını saytdan çıxarıb. Əli Həsənovun nəvəsinin barəsində yazı ilə bağlı isə özünün haqlı olduğuna təkid edir.

Redaksiyanın vəkili Zibeydə Sadıqova deyib ki, redaksiyaya qarşı irəli sürülən iddialar Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyət predmeti deyil və diffamasiya sahəsinə aiddir.

Böhtan və təhqir məsələləri ilə bağlı iddiaçı qismində fərdi şəxslər çıxış etməlidirlər və iddialara diffamasiyaya dair məhkəmə iclaslarında baxılmalıdır.

Vəkil linqvistika ekspertizası və xural.com saytının qanunu pozduğunu hesab edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Ancaq məhkəmə vəsatətləri təmin etməyərək xural.com saytının bloklanması barədə qərar qəbul edib. (Turan)

***

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

“Səhər saat 14.00-da Səbail Rayon Məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı dünən axşam "Facebook"da yazıb.

O qeyd edib ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş gəlib. “Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək” – deyə baş redaktor bildirir.

“Kanal13” televiziyasının aparıcısı İsmayıl İslamoğlu da bildirib ki, onu sabah Səbail Rayon Məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytın bloklanması ilə bağlıdır.

Şərhlər

Məğrur Bədəlsoy, Qarabağ əlili, jurnalist 2018-08-08 17:57:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalrar Nazirliyinin (NRYTN) hərəkəti tam qanunsuzdur. Saytları, medianı məhkəməyə sifariş verməklə bağlamaq NRYTN -in səlahiyyətinə aid deyil. Ondansa, bu qurum bağlantıları asanlaşdırmaq üçün üzərinə düşən görəvi görməlidir. Paradoksa baxın, rabitəyə, bağlantıya cavabdeh olan qurum bağlantıya, rabitəyə blok qoydurur!Rabitə sistemi elə bərbad durumdadır ki, Azərpoçt açıq-aşkar dələduzluq edir, məktubları təyinatı üzrə göndərmir. Təsəvvür edin, Avropa Məhkəməsinə 24.05.2018-də xəbərnaməli, sifarişli məktub göndərmişik. Məktub çatdırılmadığından 17.07.2018-də Avropa Məhkəməsinə eyni qayda ilə xəbərnaməli,sifarişli məktubla sorğu vermişik ki, məktubun çatıb-çatmamasına aydınlıq gətirilsin.23 gün keçib, hələ də qəbul olunan məktub nəinki göndərilib, heç göndərən ölkənin-Azərbaycanın mübadilə məntəqəsinə daxil olmayıb! ? (???) 23 gündür sorğumuza NRYTN, Azərpoçt partizan kimi susmaqla cavab verir. Heç bir media qurumu da bu cinayətkar saxtalığı, dələduzluq faktını işıqlandırmaq istəmir. Neyləsinlər, bloklanma təhlükəsi Damokl qılıncı kimi başlarının üstündə asılıb. Bloklanma sifarişi ilə üzləşən sözügedən saytlar (Xural, Arqument ) da dəfələrlə müraciət etsək də, işıqlandırmaqdan imtina ediblər. Acı gerçəklik budur:mediaya senzura-qadağa qüvvədədir.

S.H. 2018-08-08 17:57:24

SONRA????? Bax bunlari da blokladiz, qadaqan etdiz, SONRA???? Hec ne ede bilmeyeceksiz!!! Artiq Tarixin Tekeri Firlanir! Ozunuz de bilirsiz!!!!!!

adil 2018-08-08 17:57:24

NRYT Naziri R.Quluzadə yoldaş ora niyə gətirilib, nə etməlidir, bu nazirlik nə ilə məşgul olmalıdır deyə 2 ildir baş sındırdı və bir şey anlamadıgından bu boyda nazirliyi qoşdu AVTOPİLOTA HƏR GÜN SAAT 18-00 OLAN KİMİ QAÇIR DOMİNO oynamaga.(sonradan ən agır nazirlik olan Nəqliyyat Naz-də soxdular böyrünə)Azərpoçtu da etdilər PROXODNOY DVOR.Gündə bir sədr qoyullar ona da deyillər PAKETİNİ AL dinməzcə otur.Səlahiyyətlərin də R.Quluzadə alıb nə özü işləmir, nə heç kimə işləməyə icazə vermir.Belə belə işlər.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol