Menu

Gürcüstandan gələn qaramalda xəstəlik aşkarlandı - XƏBƏRDARLIQ

08.08.2018, 11:45
Gürcüstandan gələn qaramalda xəstəlik aşkarlandı - XƏBƏRDARLIQ

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Şərhlər

Vetendash 2018-08-08 11:45:12

Anlamiram QTA ehaliye niye muraciet edir ki, bu meselenin helli yoludurmu? Ehali yaziq et alanda sorussa deyecekler ki, bu Gurcustandan gelen xeste heyvanin etidirmi? Xeste heyvan eti satan bunu deyermi? Belke olkeye bele zay mehsullarin qarwisini almaqdir bu meselenin helli? He, buna selahiyyetiniz ve gucunuz catmirsa bawqa mesele. Yeni aciq etiraf edirsiz ki, ohdesinden gele bilmirik. Ne kareyik ki, biz giren kol deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol