Menu

Balakən-Bakı sərnişin qatarı paytaxta Qax stansiyasından yola salınacaq

11.08.2018, 15:07
Balakən-Bakı sərnişin qatarı paytaxta Qax stansiyasından yola salınacaq

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən sərnişin qatarının yolda qalmasına aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, avqustun 11-də aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

Nəticədə Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq. Bakı-Balakən sərnişin qatarı bu gün Bakıdan isə cədvəl üzrə yola salınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol