2018-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 023,6 milyon manatlıq xidmət göstərib.
Trend-in məlumatına görə, xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.
2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,4 faizi və ya 495,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Şərhlər
qazanacaqlar da.rusiyadan,ukraynadan 22
dəfə bahadır internet və rabitə.gözlərindən gəlsin!
Bismillahir-Rəhmanir-Rəhim. Şübhəsiz ki,məqalədəki rəqəmlər çox şeyləri açmır. Yaxşı olar ki,yazsnlar:-Gəlir və mənfəət nə qədərdir; –Vergiyə ödəmələr nə qədərdir?;-İnternetdən gələn gəlir və mənfəət nə qədərdi. O ki, qaldı bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb bu rəqəm çox şübhəlidir?