Menu

İranda parlament nazirləri vəzifədən alır -Azərbaycan Milli Məclisinin belə bir səlahiyyəti varmı?

28.08.2018, 10:14
İranda parlament nazirləri vəzifədən alır -Azərbaycan Milli Məclisinin belə bir səlahiyyəti varmı?

ABŞ sanksiyaları üzündən ciddi iqtisadi problemlər yaşayan İranda parlament ölkənin İqtisadiyyat nazirinə etimadsızlıq bildirərək, onu vəzifədən getməyə məcbur edib.

Parlament tərəfindən Məsud Kərbasiyana etimadsızlıq ölkədə iqtisadi böhranın qarşısının alınması üçün səylər göstərilməsi cəhdləri fonunda baş verib. Məsud Kərbasiyan bank sistemində, vergilər sahəsində və ümumilikdə, iqtisadiyyatda yaranmış problemlərə görə nazir vəzifəsində fəaliyyətini davam etdirmək üçün parlamentdən etimad qazana bilməyib.

Bundan 3 həftə əvvəl isə ölkənin Əmək və sosial təminat naziri Əli Rəbiəyi də İran parlamentindən etimad qazana bilməyərək vəzifəsindən istefa verməli olmuşdu.

Beləliklə, cənub qonşumuzda parlamentin etimadsızlıq göstərməsi iki nazirin vəzifəsini itirməsi ilə nəticələnib. Azərbaycanda necə, Milli Məclisin hansısa nazirə etimadsızlıq göstərməklə vəzifəsindən getməsinə nail olması mümkündürmü?

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa

Milli Məclisin belə bir səlahiyyəti varmı? Suala cavab verən parlament üzvü Fazil Mustafa bildirdi ki, Azərbaycan parlamentinin nazirlərə münasibətdə etimadsızlıq göstərmək səlahiyyəti yoxdur: “Azərbaycan Milli Məclisinin belə bir səlahiyyəti yoxdur. Nazirləri ölkənin prezidenti təyin edir, vəzifədən azad edir. Bizdə yalnız Baş nazirə münasibətdə təyinat zamanı 3 dəfə prezidentin göndərdiyi namizədə etiraz etmək hüququ var”.

Onu da qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti hər il Milli Məclis qarşısında öz bir illik fəaliyyətinə dair hesabat verir. Hesabatın müzakirəsi zamanı deputatların hansısa nazirin fəaliyyətini tənqid etmək səlahiyyəti var: “Ancaq ki, tənqid etmək olar. Bir də hökumətin hesabatının qənaətbəxş və ya qeyri-qənaətbəxş olduğuna dair qərar qəbul edilir. Bu da heç bir huquqi əsas yaratmır. Yəni parlamentin hökumətlə bağlı ciddi bir səlahiyyətləri yoxdur”(musavat.com).

Şərhlər

Əhməd 2018-08-28 10:14:41

Bəs siz nəyə lazımsınız? Adamın yazığı gəlir sizə baxanda heç bir ixtiyarın olmasın yalandan orada otur maaş al....

vızz 2018-08-28 10:14:41

Parlamentdə başqa söhbət ola bilməz.....

yusif-1313 2018-08-28 10:14:41

Sübut olunur ki iranda parlementarizm Azərbaycandan cox demokratikdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol