Menu

Büdcə təşkilatlarının 7,5 mln. manat borcu yaranıb - Kommunal və rabitə xidmətlərinə görə

31.08.2018, 15:43
Büdcə təşkilatlarının 7,5 mln. manat borcu yaranıb - Kommunal və rabitə xidmətlərinə görə

Bu ilin I yarısında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 mln. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.

Yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94%-ni ödəyib və 7,5 mln. manat kreditor borc yaranıb.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin, ümumilikdə, 97,1 faizindən istifadə edərək 3,1 mln. manatlıq suya, 2,1 mln. manatlıq təbii qaza və 0,4 mln. manatlıq istilik enerjisinə qənaət edib.

Şərhlər

Vətəndaş 2018-08-31 15:43:42

Büdcə təşkilatlarına da cmart sayqac qoysunlar.Yazıq əhalini məngənəyə salmaq olur,təşkilatları yox?Bu ayrıseçkilik haradandır?Məgər biz bir ölkədə yaşamırıq? Pulu qurtarar,qaranlıqda qalarlar,hesablarına nəzarət edərlər.Niyə də olmasın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol