Menu

«Putin Avroittifaqın dağılmasını arzulayır» - MAKRON

03.09.2018, 16:39
«Putin Avroittifaqın dağılmasını arzulayır»  - MAKRON

«AzPolititka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron Avropa dəyərləri və Fransa ilə Rusiyanın fərqi barədə «SVT» İsveç televiziyasına danışarkən, bildirib ki, Rusiya Federasiyası ilə diskusiya qaçılmazdır və o, Rusiyanın Prezidenti Vladimir Putinə hörmətlə yanaşır. Amma Putin «Avropa İttifaqının dağılmasını arzulayır».

«Mən, Vladimir Putinə hörmət edirəm və o şəxslərdənəm ki, hesab edirlər: Biz, Rusiya ilə təhlükəsizlik məsələlərinə yeni yanaşmanın yaradılmasını vacib hesab edirik. Rusiya ilə diskusiya qaçılmazdır. Amma Putinin arzusu Avropa İttifaqını «sökmək»dən ibarətdir» - deyə, Fransa Prezidenti İsveç televiziyasına müsahibəsində bildirib.

Bu cür ifadələrin işlədilməsinə səbəb olanlardan biri də İsveçdə keçirilən seçki kampaniyasıdır - sentyabrın 9-da bu ölkədə parlament seçkiləri keçiriləcək. İsveçdəki anti-miqrant - populist sosial-konservativ «İsveç demokratları» partiyasının liderlərindən biri Yimmi Okessondan soruşublar ki, kimə üstünlük verir - Fransa Prezidenti Makrona, yoxsa Rusiyanın Prezidenti Putinə? Okesson suala cavab verməkdən imtina edib və deyib ki, heç bir seçim etmək istəmir.

Müsahibə zamanı isveçli jurnalist bu «tarixçə»ni Makrona danışıb və şərh etməyi istəyib. Makron isə bildirib ki, ölkədə daxili diskusiyalara müdaxilə etmək istəmir.

Makron bəyan edib ki, Fransa insan hüquqlarına hörmətlə yanaşır, «əhəmiyyətli demokratiyası» olan dövlətlərdən biridir və Aİ-nın üzvüdür. «Mənim daim Putinlə təmaslarım olur və ona hörmətlə yanaşıram, amma Rusiya insan haqları məsələsində nümunələrdən deyil. Hesab edirəm ki, Rusiya isveçlilər üçün nümunə ola bilməz» - Fransa Prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol