Ermənistan Dövlət Nəzarət Xidməti ali təhsil, energetika müəssisələrində, Atom Elektrik Stansiyasında (AES) yoxlama aparacaq.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu sentyabrın 5-də xidmətin başçısı David Sanasaryan bildirib.
Onun sözlərinə görə, Ermənistan Aqrar Universitetində aparılan ilkin yoxlama nəticəsində çoxsaylı pozuntular aşkarlanıb: “Əmək haqlarının verilməsində pozuntular, dövlət vəsaitinin məqsədsiz sərf edilməsi aşkarlanıb, Aqrar Universitetin və heyvandarlıq təsərrüfatında vəziyyəti qaneedici deyil”.
O, yoxlamaların davam etdiyini bildirib.


Şərhlər