Menu

Yevlaxda yük maşını aşıb, xəsarət alan var

11.09.2018, 00:23
Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlax rayonunda yol qəzası baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Ford" markalı yük avtomobili şini partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü - Sabirabad rayon sakini, 1960-cı il təvəllüdlü Namaz Hüseyn oğlu Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Qeyd edək ki, avtomobilin yük yerində olan meyvə-tərəvəz ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol