Menu

«Soyuz»un örtüyünün zədələnməsində ABŞ astronavtlarından şübhələnirlər

13.09.2018, 10:16
«Soyuz»un örtüyünün zədələnməsində ABŞ astronavtlarından şübhələnirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, amerikalı astronavtlar «Soyuz MC-09» kosmik gəmisinin gövdəsində xususi məqsədlə deşik aça bilərdilər ki, xəstə yoldaşlarını tezliklə Yerə çatdırsınlar.

Belə versiyanı «Roskosmos»un xüsusi komissiyası əsas versiya qismində müzakirə edir. Komissiya kosmik gəminin hermetikliyinin pozulması məsələsinin araşdırılması ilə məşğuldur («Kommersant»).

Rusiyalı mütəxəssislər astronavtların videoreqistrator məlumatlarını NASA-dan istəyiblər. Qəzet yazır ki, əgər, məqsədli şəkildə xarab etmə versiyası təsdiqlənərsə, kosmosda Rusiya-ABŞ münasibətlərinə güclü zərbə endirilmiş olacaq.

Xatırladaq ki, avqustun 30-da Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı stansiyada təzyiqin düşməsi barədə xəbər verib. Araşdırma göstərib ki, stansiyaya birləşdirilmiş «Soyuz» gəmisinin örtüyündə 2 mm ölçüsündə deşik əmələ gəlib. Kosmonavtlar onu xüsusi hermetiklə bağlayıblar və təzyiq normal hala gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol