Menu

ERMƏNİLƏR CƏBHƏDƏ TƏXRİBATA BAŞLAYIB - Müdafiə Nazirliyi bəyanat yaydı

25.09.2018, 10:29
ERMƏNİLƏR CƏBHƏDƏ TƏXRİBATA BAŞLAYIB - Müdafiə Nazirliyi bəyanat yaydı

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Şərhlər

EJDER 2018-09-25 10:29:10

LAZIM GELER ,NEYTRALLAWDIRARSINIZ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol