Ermənilərdə daha bir itki
Cəbhə xəttində yaralanan Sarqis Barmenoviç Movsisyan bu gün hospitalda ölüb
Cəbhə xəttində baş verən atışma zamanı yaralanan və hospitala yerləşdirilən erməni hərbiçi dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib: "Sarqis Barmenoviç Movsisyan bu gün xəstəxanada öldü".
Qeyd edək ki, bir neçə saat öncə Ermənistanın baş naziri Ovik Abramyan cəbhə xəttində baş verən atışma zamanı verdikləri əsgər itkilərindən söhbət açıb. O. Abramyan jurnalistlərə açıqlamasında əsgər itkisindən çox narahat olduqlarını ifadə edib: "Hər bir əsgər itkisi bizim ölkəmiz üçün, onların ailələri və valideynləri üçün ağır faciədir. Əsgərlərimizi itirmək bizə çox ağrı verir",-deyə erməni nazir bildirib.

Şərhlər