Menu

Budanov Uitkoffla dalaşıb? – “Soyuqqanlılığı qorumaq lazımdır...”

28.10.2026, 17:48
Budanov Uitkoffla dalaşıb? – “Soyuqqanlılığı qorumaq lazımdır...”

Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə aralarında hər hansı mübahisənin olması barədə yayılan məlumatları təkzib edib.

O, "RБК-Ukrayna"ya açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını bildirib: "Məlumat həqiqətə uyğun deyil, belə bir şey sadəcə olmaya bilib. Hazırda biz danışıqlar prosesinə qarşı informasiya hücumlarının şahidi oluruq. Soyuqqanlılığı qorumaq və Ukrayna üçün davamlı sülh kimi əsas məqsədimizi unutmamaq vacibdir. Bunun üçün hər şeyi edirik".

Xatırladaq ki, bundan əvvəl Fransanın nüfuzlu "Le Monde" nəşri mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff oktyabrın 9-da baş tutan danışıqlar zamanı Rusiya enerji resurslarının Ukrayna ərazisindən Avropaya tranzitinin bərpa olunmasını təklif edib.

Amerikalı nümayəndənin fikrincə, bu sxem Ukrayna üçün əlavə tranzit gəlirləri təmin edə, avropalı istehlakçılara isə enerji xərclərini azaltmağa kömək edə bilərdi. 

Lakin nəşrin iddiasına görə, Vaşinqtonun bu təklifi Kiyevdə, xüsusilə də Prezident Aparatının rəhbəri tərəfindən sərt reaksiya ilə qarşılanıb, Budanovun bu təklifdən qəzəbləndiyi və Kiyevin yenidən Moskvanın energetikaasılılığına düşməsinə qarşı çıxdığı bildirilmişdi. Rəsmi səviyyədə isə bu gərginlik qəti şəkildə təkzib olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol