Menu

ETSN-in Aparat rəhbərinə yeni vəzifə verildi

28.10.2026, 17:44
ETSN-in Aparat rəhbərinə yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri Rəşad Allahverdiyevə yeni vəzifə verilib.

"AzPolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, Rəşad Allahverdiyev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin baş məsləhətçisi təyin edilib.

Qeyd edək ki, R. Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb. Sabiq nazir Muxtar Babayevin müvafiq əmri ilə, 4 fevral 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni Aparat rəhbəri təyin olunmuşdu.

ETSN-in Aparat rəhbərinə yeni vəzifə verildi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol