Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 2-ci kilometrliyində təmir-bərpa işlərinə başlanılıb.
“Azpolitika” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yolun hərəkət hissəsinin bərpası, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan işlər təxminən 100 metr uzunluğunda ərazini əhatə edir. Bununla əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündəki problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Həmin hissədə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.


Şərhlər