Menu

"Dünya yenə ABŞ-a hörmət edir" - TRAMP

30.09.2018, 09:16
"Dünya yenə ABŞ-a hörmət edir"  - TRAMP

ABŞ prezidenti Donald Tramp hesab edir ki, dünya ölkələri Birləşmiş Ştatlara hörmət edir.

"Report" xəbər verir ki, bu barədə o "FOX News" məlumat yayıb.

Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri fikirlərini Qərbi Virciniyadakı çıxışında dilə gətirib.

"Mən BMT Baş Assambleyasından yenicə qayıtdım və inanın, onlar (dünya liderləri red) bizə yenidən hörmət edirlər", - deyə o, çıxışında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol