Menu

Cərimənin yarısını özlərinə xərcləyəcəklər

02.10.2018, 10:22
Cərimənin yarısını özlərinə xərcləyəcəklər

Azərbaycanda baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları sahəsində qanun puzuntuları ilə bağlı tətbiq ediləcək cərimələrin 50 faizi bu sahə üzrə dövlət qurumları əməkdaşlarının sosial müdafiəsinə yönəldiləcək.

Həmin sahələr üzrə qanunların pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq ediləcək cərimələrdən toplanan vəsaitin 50 faizi bu qurumun öz hesabına köçürüləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol