Menu

Qurban Qurbanov və Lars Olsenin mətbuat konfranslarının vaxtı açıqlanıb

08.10.2018, 18:44
Qurban Qurbanov və Lars Olsenin mətbuat konfranslarının vaxtı açıqlanıb

UEFA Millətlər Liqasının III turunda keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

"Report" xəbər verir ki, hər iki komandanın baş məşqçilərinin mətbuat konfransları erkən saatlarda baş tutacaq.

Farer adaları milli komandasının baş məşqçisi Lars Olsen yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) jurnalistlərin qarşısına çıxacaq. Komandanın məşqi isə 10:30-da (Bakı vaxtı ilə 13:30) təşkil olunacaq.

Qurban Qurbanovun mətbuat konfransı saat 12:00-da (Bakı vaxtı ilə 15:00), yığmanın açıq məşqi isə saat 12:30-da (Bakı vaxtı ilə 15:30) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol