"Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib."Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.


Şərhlər
Bunlaraa vaxt ayirmag,bu sayta ayibdir.Her halda biz bu sayti normal sayirig.Bunu,birinci novbede herbi gulluga gondermek lazimdir.....
Gəncə İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qaynı Bayram Rəsulov Azərpoçtun Baş direktor müavini vəzifəsində işləyir,işini sevən rabitəçilərə divan tutur,rabitəni pis günə qoyub ? Rəsulov Bayram nə vaxt istefa verəcəkdir ? Rabitə onun yeri deyil ?
Görəsən bu hərbi xidmətdə olub? Olubsa nə vaxt və harada qulluq edib?