Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Bu il isə nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri – nazirliyin Aparatının rəhbəri təyin edilib.
Ailəlidir, iki övladı var.


Şərhlər