Menu

Timoşenko Ukraynada hərbi kabinet yaradır - «İnterfaks-Ukraina»

31.10.2018, 08:15
Timoşenko Ukraynada hərbi kabinet yaradır  - «İnterfaks-Ukraina»

«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko ölkəsində hərbi kabinet formalaşdırmağa başladığını elan edib.

Bu barədə «İnterfaks-Ukrayna» agentliyi xəbər verib.

«Bizim komanda həqiqi strateji sənədlər və qanun layihələri yaratmağa başlayır və onların həyata keçirilməsini ciddi qrafik əsasında təmin etməyi nəzərdə tutur... Bu işin həyata keçirilməsi və detallı sülh strategiyasının işlənib hazırlanması üçün mən hərbi kabinetin formalaşdırılmasına başlandığını elan edirəm. Kabinetin tərkibi prezident seçkiləri gününə qədər elan ediləcək» - deyə, Timoşenko Kiyevdə «Ukraynanın yeni kursu» forumunda çıxışı zamanı bildirib.

«Batkivşina» lideri dəqiqləşdirib ki, bu kabinetin formalaşdırılmasını Ali Radanın sabiq deputatı, partiyanın üzvü Andrey Sençenko koordinasiya edəcək.

Ukraynada növbəti prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol