Menu

Hillari Klinton prezident seçkilərinə qatılacağını istisna etmir - 2020-ci ildə

31.10.2018, 00:15
Hillari Klinton prezident seçkilərinə qatılacağını istisna etmir  - 2020-ci ildə

«AzPolitika.info» Rusiya KİV-nə istiadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində namizədiyini irəli sürəcəyini mümkün hesab edir.

Bu barədə xəbəri «RİA Novosti» agentliyi yayıb.

«Yaxşı, mən prezident olmaq istərdim. Mən fikirləşirəm ki, qarşımızda çox-çox işlər durur, ümid edirəm ki, 2021- ci ilin yanvarında Oval kabinetdə demokrat oturacaq» - deyə, Klinton «Rekode» informasiya resursuna müsahibəsində bəyan edib.

O, həm də əlavə edib ki, «bacardığı hər şeyi etməyə hazırlaşır ki, 2021-ci ilin yanvarında Ağ Evə demokrat gəlsin».

Bundan əvvəl, 2017-ci ildə Prezident Donald Tramp bəyan etmişdi ki, Hillari Klintonun 2020-ci ildə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürəcəyinə «ümidli»dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol