Türkiyənin məşhur professoru Canan Karatay antidepressant dərmanların intihara sürüklədiyini deyib.Publika.az xəbər verir ki, professor Canan Karatay CNN kanalında “Buket Aydın ile 40” verilişinin qonağı olub.
O, illər sonra ailəsiylə bağlı sirri ilk dəfə bu verilişdə açıqlayıb. Kardioloqun sözlərinə görə, antidepressant dərmanlar intihara sürükləyir və qardaşı buna görə həyatını itirib: “Antidepressantlar intihara səbəb olur. Bu elmi tərəfdən də sübut olunub. Qardaşım vəfat edəndə, tibb sahəsində gənc idim, antidepressantın nə olduğunun fərqində də deyildim. İndi düşünəndə hiss edirəm ki, onun ölümünün bir səbəbi bu dərmanlar olub. Amerikada kütləvi intiharlar olur, hamısının antidepressant istifadə etdiyi bildirilir.
Antidepressantlar insanı sakitləşdirir və axmaqlaşdırır. Beyindəki bioloji və fizioloji prosesləri alt üst edir. Nə üçün? Çünki bağırsaqlardakı floranı məhv edir. Dərmanların təsiri nəticəsində yaxşı bakteriyalar yox edilir, beləliklə, beyin pozulur. Çünki bağırsaqlar ikinci beynimizdir”.
Xalqdan bəzi həqiqətlər gizlədilir
Karatay vurğulayıb ki, aidiyyəti təşkilatlar tibbi məsələlərlə bağlı bəzi gerçəklər xalqdan gizli saxlayır. Bu yaxınlarda vegetarianlar haqqında sərt çıxış edən həkim sözlərinə belə davam edib: “Vegetarianlara sözüm yoxdur, onlara hörmət edirəm. Mən veqanlardan danışıram, veqanlıq xəstəlikdir. Vegetarianlıqla veqanlığı qarışdırmasınlar. İnsanların mənə hücum etməyə haqqı yoxdur. Veqanlara səslənirəm: bizim dörd köpək dişimiz, səkkiz də azı dişimiz var və bunlar bizə ətləri parçalamaq üçün verilib. Təbiətimiz, xasiyyətimiz belədir”.
Ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan mütəxəssis sonda bildirib ki, 12 il Amerikada yaşadığı müddətdə türk çörəyi üçün çox darıxıb: “Çörəyə hücum etdik, hücum edən kimi şişməyə başladıq. Əvvəlcə duzsuz çörəyə keçdik. Ondan sonra tamamilə kəsdik. Elmi tədqiqatlarda göstərilib ki, bütün səhiyyə problemlərinin altında yanlış qidalanma və köklük dayanır. Ürək həkimi olaraq köklüyün səbəb olduğu problemləri göstərmək başlıca vəzifəmdir”.


Şərhlər
Adam haqlıdır.İnəyin.qoyunun,atın,keçinin köpək dişləri yoxdu deyə ot-mot yeyirlər.Dişsiz balıqlar yosunla-filanla qidalanar,dişləri olan köpəkbalıqları isə balıq əti yeyər.Ümumiyyətlə,veqan deyilənlər,ətdən imtina edənlər ətdən doyanlardı.O qədər tıxışdırıblar ki,daha ət görəndə iyrənirlər,necə ki ət kombinatında işləyənlər obed vaxtı ət xörəyi yeməzlər ta sovet dövründən.İndi ət kombinatındakılar da yeyirlər,nağarsınlar,sovet vaxtı ət kombinatları dövlətin idi deyə müftəydi,çapan çapanaydı kolbasasını-sosiskasını,qırılırdı millət kabab yeməkdən,indi özəldi,qramına söz var haa.Xözeyin bircə dəfə kurtkanın altında belinə sosiska-kolbasa dolayıb kombinatdan çıxmaq istədiyini tutsa,vəssalam,qanın getdi.Odur ki veqan olmazdan öncə ət deyilən şeyi xirtdəyə kimi yeyib doyasan gərək.Mən də illərlə səhər ət,günorta ət,axşam ət yesəm görərəm a balam,mədəm cırılır ee daha,dözmür,keçərəm meyvə-tərəvəzə.Ət tıxışdımaq üçün isə yaxşı maaş lazımdı,iş lazımdı,yaxşı pensiya lazımdı.Bizdə də ki nə yaxşı maaş var,nə adam kimi pensiya,nə babat iş.300-400 manat maaşa qulluq edən adam elə Misir piramidalarını tikən qul kimi bir şeydi; onlar da bir qarın yeməyə işləyirdilər,biz də,sadəcə fərq ondadır ki Misir piramidalarını tikən qullar günlük yeməklərini özləri almırdılar,hazır bişirib verirdilər onlara səhər-günorta-axşam fironun aşpazları.Biz isə özümüz almalıyıq.Hələ o da var ki onlar qaz pulu-su pulu-işıq pulu-zibil pulu filan da vermirdilər,biz isə özümüz alırıq hər şeyimizi 300 manata,üstəlik qaz pulu-su pulu-işıq pulu-zibil pulu da veririk.Odur ki ”qulluq” sözünün “qul” sözündən düzəldiyini nəzərə alsaq “300 manata qulluq edirik” yox,”300 manata quldan da bətərlik eliyirik” deməliyik.Ona görədir ki,başqalarını demirəm,şəxsən mən qəssab dükanının yanından keçəndə ki qarmaqlardan asılmış şaqqa-şaqqa ət görürəm,Sabir demiş “az qalır nəfsim it kimi hürə,dırmaşa ətə”.Nəfsim doymadan necə meyvə-tərəvəzə keçə bilərəm?
Duz soze ne demak olar.Tam doqru