CƏSƏDİ PARÇALARA AYRILARAQ TURŞUDA ƏRİDİLİB! - Türkiyə rəsmisi 

Jurnalist Camal Xaşuqci İstanbuldakı konsulluqda qətlə yetiriləndən sonra cəsədi əridilib. Bunu “Frans Pres” agentliyi Türkiyə rəsmisinə istinadla yazır. Mərhum yazarın nişanlısı isə Birləşmiş Ştatların reaksiyasını “mənəvi təməldən məhrum” adlandırıb.

Türkiyənin baş prokuroru çərşənbə günü demişdi ki, Xaşuqci oktyabrın 2-də konsulluğa girən kimi boğulub, onun cəsədi hissələrə ayrılıb və məhv edilib. “Onun cəsədini təkcə parçalamayıblar, onu əritməklə canlarını qurtarıblar”, – Türkiyənin hakim partiyasının rəsmisi Yasin Aktay bu gün – noyabrın 2-də “Hurriyet” qəzetinə bildirib.

Bundan öncə Türkiyədən bir rəsmi “Washington Post ”a demişdi ki, hakimiyyət onun cəsədinin turşuda məhv edilməsi nəzəriyyəsini araşdırır.

“Aldığımız son informasiyaya görə, cəsədi ona görə hissələrə doğrayıblar ki, onu rahatca əridə bilsinlər”, – Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoganın müşaviri olan Aktay vurğulayıb. “Onlar cəsəddən heç bir əlamət qalmamasına əmin olmaq istəyiblər”, – o, sözlərinə əlavə edib.

Xaşuqcinin nişanlısı Hatice Cengiz isə jurnalistin cəsədinin başına gətirilənləri qəddar, barbar, insafsız davranış adlandırıb. “İndi günahkarları məsuliyyətə cəlb etmək dünya ictimaiyyətinin vəzifəsidir. Birləşmiş Ştatlar bu işə rəhbərlik etməlidir”, – Cengiz bu gün “Washington Post”, “The Guardian” və digər mətbu orqanlarda dərc olunmuş rəydə yazır. “Tramp administrasiyasının tutduğu mövqenin mənəvi təməli yoxdur”, – o yazıb.

(Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar