«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kubada QLONASS sistemli Rusiya yerüstü stansiyası yerləşdiriləcək. Bu da Kuba tərəfinə Yerin distansion zondlaşdırılmasının geniş texniki imkanlrına giriş əldə etməsinə şərait yaradacaq.
Bu barədə Prezident Vladimir Putin Kuba Nazirlər Sovetinin və Dövlət Şurasıın sədri Migel Dias-Kanel Bermudeslə görüşünün yekunlarına həsr olunmuş çıxışı zamanı bəyan edib.
«Kubada Rusiya sistemli QLONASS yerüstü stansiyasının yerləşdirilməsinə hazırlıq gedir. Nəticədə, Kubalı həmkarlarımız Yerin distansion zondlaşdırılmasının geniş texniki tmkanlarına və peyk telekomunikasiya xidmətlərinə giriş əldə edəcək» - deyə, Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Kubaya nəqliyyat infrastrukturunun tikilməsini, xüsusilə də Kuba dəmir yolunun yenilənməsini təklif edir.


Şərhlər