Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, növbəti ildə məcburi dövlət sığorta haqlarının artımı da gözlənilir.
S.Babayev əlavə edib ki, bu il ünvanlı sosial yardım alan 1200 nəfər özünəməşğulluq proqramına cəlb ediləcək: "Növbəti ildə bu say daha da artırılacaq".
Nazir qeyd edib ki, məşğulluq sistemində avtomatlaşdırma yekunlaşmaq üzrədir: “Yanvarın 1-dək bu prosesin başa çatması nəzərdə tutulur. Artıq işsizlər iş üçün elektron qaydada portala müraciət edə biləcəklər”.


Şərhlər
Azərbaycanın bu günkü iqtisadi durumuna görə pensiyanın məbləği min manat olsa da azdır.Hər gün bahalaşma,işıq,su,qaz və yanacağın qiymətlərinin yüksələn şəkildə əsassız artımı və başqa hallar,o cümlədən müalicə və təhsil haqlarının Avropanı da ötüb keçməsi bizi ehtiyac imtahanı ilə üz-üzə qoyub.Odur ki,belə gərəksiz artım söhbətləri ilə əhalini cırmaqlamaq lazım deyil.