Menu

“Hamı mənə baxıb deyir ki, bunun danışmağa üzü də var...” - Tahir Kərimli

15.11.2018, 12:38
“Hamı mənə baxıb deyir ki, bunun danışmağa üzü də var...” - Tahir Kərimli

“Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun şəkildə cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var... Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub: “Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

Şərhlər

t.ədalət 2018-11-15 12:38:52

Ayaz Mütrəllibovun ikinci dəfə qayıdışı zamanı Az.TV-nin rəhbərliyini Tahir Kərimli ilə Vurğun Əyyub ələ keçirmişdi.Onlar atəş aça-aça mitinqçilərin üzərinə gələn mütəllibovçularla dinc camaatın yerini dəyişmişdilər.Belə çıxırdı ki,guya atəş açanlar mitinqçilərdir.Onların efirə verməyə hazırladıqları bu kadrların yerini mən dəyişdim.Necə deyərlər,Tahir müəllimin Mütəllibovun xeyrinə qurmaq istədiyi süjeti doğru istiqamətə yönəltdim.

buzlaq 2018-11-15 12:38:52

Ey cənabi duputat! Od yanmasa tüstü çıxmaz. Bəs o sözləri gəlib haykanuş deməyib ha.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol