Menu

“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spiker

15.11.2018, 15:19
“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spiker

“Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların günün ikinci yarısında plenar iclaslarda iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S.Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib: “Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və onların 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdırlar. Qalan insanları buna məcbur etmək olmaz”.

S. Novruzov deputatların hədiyyə almaq məsələsinə gəlincə, söyləyib ki, bu, ABŞ-da və digər ölkələrdə də movcuddur: “Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. O baxımdan qanuna düzəliş edilməlidir”.

Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub: “Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”.

Şərhlər

Ayzek 2018-11-15 15:19:14

Siva düz deyir: Kim Azərbaycan dilini bilmirsə gedib XİN-də(toyuq hini yox a!) otursun!!!

hasan 2018-11-15 15:19:14

hər bir şəxsin yaşadığı ölkənin dilini bilməyi məcburidid.AVROPADA yaşayan digər millətdən olan hər bir şəxs məcburi qaydada mutləq yaşadığı dövlətin dilini öyrənməsi üçün qanuna müvafiq olaraq xüsusi kurslara göndərilir.Əgər bir şəxs dövlətin dilini bilmirsə, deməli o deputat da ceçilə bilməz.

Miri 2018-11-15 15:19:14

Mən bir şərh verərək bildirirəm ki, misal üçün Gürcüstan parlamentinə seçilmiş azərbaycanlı deputatları mükəmməl gürcü dilində bildikləri üçün deputat mandatı alıblar. Onlar bilməsə qeyri dildə orada danışmağa icazə verilmir.

Millikişi 2018-11-15 15:19:14

Maşallah spikerimizə! Bəllidir ki, özü rusdillidir. Azərbaycancasına fikir verin. Deyir: “Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”. Belə çıxır ki, parlamentin iclas salonu qanunverici orqanın yox, oturmaq üçün vağzalın gözləmə salonudur. Deməli, Azərbaycan dilini bilməyən gəlib orada otura bilməz. Əhsən!!! Elə bilirdik ki, parlament seçilərək formalaşan qanunverici orqandır. Görəsən rus və rusdilli deputatlar spikerin tapşırığına əməl edəcəklərmi?

Arif Əliyev 2018-11-15 15:19:14

Bax buna varam.

EJDER 2018-11-15 15:19:14

MOLODES,GELSIN OQTAY MALLIMIN...BAWINDA OTURSUN

Adil 2018-11-15 15:19:14

DÜZ. DÖVLƏT DİLİMİZİ BİLMƏYƏN KİMSƏ YÜKSƏK VƏZİFƏLƏRDƏ,DEPUTAT OLA BİLMƏZ. BÜTÜN DÜNYADA BELƏDİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol