Menu

"Fənərbağça"nın yeni baş məşqçisi bilindi

15.11.2018, 21:14
"Fənərbağça"nın yeni baş məşqçisi bilindi

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, bu barədə İstanbul klubunun idman direktoru Damien Komolli məlumat verib. O bildirib ki, hazırda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ervin Kumanla yola davam etmək istəyirlər:

"Kumana təklifimizi etdik. Özünə də dedik ki, komandanı sizin çalışdırmağınızı istəyirik. Məşqçi də bu məsələyə müsbət yanaşdı. Məhz onun baş məşqçi olmağını arzulayırıq".

Qeyd edək ki, Filip Kokunun istefasından sonra "Fənərbağça"nı oyunlara Kuman çıxarırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol