Menu

Büdcədə 427 milyon manat artıqlıq yaranıb

17.11.2018, 11:30
Büdcədə 427 milyon manat artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub.

Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə gələn vəsaitlər 34,2% artıb.

Bu dövrdə büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artıqdır.

Nəticədə büdcənin icrasında 427 milyon manatlıq profisit yaranıb. /fed.az

Şərhlər

pensiyaçı 2018-11-17 11:30:55

Bu artığı ac qoyduğunuz pensiyaçılara versəniz Sizə rəhmət oxuyarlar.Axı bu xalqın puludur.

aysberq 2018-11-17 11:30:55

Burada nə va ki, narahat olursunuz. Bir dənə multi-palti-kulti üzrə bir tədbir keçirin məsələ öz-özünə həll olsun, yəni beri menşe, kiday dalşe!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol