Menu

“MİRƏLƏMOV ETİKADANKƏNAR SÖZLƏR DANIŞIB!” - YAP Siyasi Şurasının üzvü 

18.11.2018, 00:45
“MİRƏLƏMOV ETİKADANKƏNAR SÖZLƏR DANIŞIB!”  - YAP Siyasi Şurasının üzvü 

“Abel Məhərrəmovun rektor vəzifəsindən azad edilməsindən sonra ona qarşı aparılan bu “qara piar” məndə təəssüf doğurdu. Axı, bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır?″. Biz bu adətimizi tərgitməliyik”.

"AzPolitika.info"nun məlumatına görə, bunları YAP Siyasi Şurasının üzvü, keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayev söyləyib. O, Gununsesi.org-a açıqlamasında bu barədə danışıb.

M.Musayev mediada sabiq rektora qarşı aparılan kampaniyadan bir YAP-çı kimi üzüldüyünü deyib: “Birincisi, Abel müəllim 19 il rektor olub. Bu o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.

Xatırladaq ki, YAP-ın Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmov Abel Məhərrəmovu əxlaqsızlıqda ittiham edib. Sitat: “Mən bunu ən böyük əxlaqsızlıq sayıram. Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına “ispan çaxırı” adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki… bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur”.

Şərhlər

hərbici pensiyacı 2018-11-18 00:45:36

hörmətli həmvətənlər.məsələ onda deyilki abel şeyxə nə dedi şeyş abelə nə dedi. məsələ ondadıki bu yırtıcı məmurlar mahmudovlar hacıyevlər abbasovlar məmmədovlar muslümovlar və onlarla başqaları müharibə aparan ərazisinin 20 % i işgal olunmuş bir dövlətin milyardlarla var dövlətini ogurlayıb hər il afşorlara xaricə daşıyırlar sonrada özləri və yaxınları qacıb gedib orada o pulları yeyib kəzirlər.bəs bu torpagın axırı nə olacaq.bunu tək prezidentmi düşünməlidi bu təkcə onunmu vətənidi?qalan məmurlar nazir

Aqronom 2018-11-18 00:45:36

Musa sən nə baş verdiyini bir dərk elə. Qaçaqmalçılıq, sabitliyi istədiyi vaxtda pozmaq əminliyi və sair. Yapın siyasi şurasında belələri varsa dövlətimizə və dövlətciliyə son dərəçə həssas, hörmətlə yanaşmaq məqsədi ilə düz yola dəvət etsəniz və bu məsələni siyasi şurada müzakirəyə çıxarlmasını təklif etsəniz daha düzgün olardı.

Vətən OĞLU 2018-11-18 00:45:36

hey vuraram ayılmaram,mil duraram yayılmaram,nöçün adam sayılmaram,böylə məkana sıgmazam

cəngərlik sakini 2018-11-18 00:45:36

MUSAYA QİSAMƏN DƏ OLSA TALAYIB YEDİKLƏRİ HALALDI.YIXILANI TƏPİKLƏMƏK ASANDIR.MİRİŞƏ DEMƏK LAZIMDIR Kİ,25 il NAZİR POSTUNDA OTURAN TALANÇILAR VAR..... VAR ONLARI TƏHQİR ET.faiqin İNTELEKTUAL SƏVİYYƏSİ DEYƏNDƏ YƏQİN PASTELDƏ "HƏR ŞEY" BACARDIĞI NƏZƏRDƏ TUTULUR.DARIXMAYIN BU .... ADI ÇOX HALLANIR.ONU DEPUTAT SIÇƏÇƏYİK."KÜL BAŞUVA AY NEMES GÖR ÜSTÜNƏ KİM GƏLİR" MİLLƏTİ QOVUB - QOVUB......

Mentiqi 2018-11-18 00:45:36

Seviyyeler de goz qabagindadir, bir çox bezi "Mentiqler"de... Mirelemovlar, (fursetden istifade eleyib) ozunu "goze soxur"!.. Burda Musa ne desin, deyeydi ki, "Ay Mirelemov, biraz da yaxşi arxadan balta vur"?! Bele deyen çixmişdisa ele evvel de dilleneydi de! Faiq de onun kimi.. Mesele Abel ya (bu situasiyalarda) mehz kimdense getmir. Sadece (mahiyyet baximindan) ya telebelik illerinde ve s..qalan konflikler ve meddahliq psixologiyalarindan gedir.. "Kelem gul açdi neneli, dilim dolaşdi neneli..." ))

Fariq 2018-11-18 00:45:36

Musayev soqan yememisen niye ichin goynuyur, Merelemov YAP-ci kimi yox bir vetendas olaraq fikrini bildirib ve duzde deyib, insan alim de olar, insanin pulu da olar, insan vezifede de olar, amma bu o demek deyil ki Abel ve onun kimi insanlar fironluq elesin ve menevi deyerleri ayaq altina qoysun, Seyx Hezretleri kiminse ucun yaxsi kiminse uchun pis ola biler, fakt budur ki o, Qafqazin seyxidi ve hami ona hormertle yanasmalidir. Yoldas Musayev yaxsi olardi ki sizde bu menevi deyerlere hormetle yanasardiniz!

sual 2018-11-18 00:45:36

Faiq kim ya bunu men bele tanimam ki efirde bele zorla gorinuyor o mu

Semed 2018-11-18 00:45:36

FAIQ AQAYEVIN INTELLEKTUAL SEVIYYESI ABEL MEHERREMOVDAN QAT QAT USTUNDUR BUNA SUBHENIZ OLMASIN

Ələkbər 2018-11-18 00:45:36

Musayev hələ də anlaya bilməyib ki,YAP-ın limiti bitib.Allahşükür YAP--çı, Musayev YAP-çı,Abel-YAP-çı,Mirəlıəmov -YAP-çı və məclisdə iştirak edənlər YAP-çı.Bu biabırçılıq sübut etmirmi ki, YAP nə işlərlə məşğuldur? Belə hlda utanmaq,səsini udmaq əvəzinə qarşılıqlı ittihamlarl saytda çıxış etməyin nə demək olduğunu Musayev anlayırmı?
Ölkə xalqını müflis vəziyyətə salıb milyardları mənimsəməyə utanmırsınızmı?Bu hallar YAP-ın iç üzünü açmırmı? Bax Musayev bu suallara doğrucavab versə bəlkə ona inanan olar.

Ceygun 2018-11-18 00:45:36

Abel m boyuk alimdir onun kimyacilarin yetismesinde boyuk rolu olub seyxden ve digerlerinden verqli olaraq olke ucun boyuk xidmetleri var bunu qebul etmek lazimdir


Ə.Abbas 2018-11-18 00:45:36

Cənab M.Musayev,ədalətsiz olaraq təhqir etdiyin Faiq Ağayev intellekt və əxlaq səviyyəsinə,professional qabiliyyətinə və müasirliyinə görə qat-qat səndən və Abeldən yüksəkdə dayanır. .... Dövləti və cəmiyyəti də şikəst etmisiniz. Yalan, böhtan, oğurluq, rüşvətxorluq, qəddarlıq, hiylə,riyakarlıq, fəndgirlik, dələduzluq, tayfaçılıq, yerlibazlıq, tamahkarlıq,talançılıq - bütün bu cəhətlər mağara həyat tərzinizin atributlarıdır.

Huseynbala 2018-11-18 00:45:36

Ajdigdan bele edirler )))) Cebish muellim sabun bishirmirsen? Azerbayjanda sabuna eytiyac coxdu. Yoldash Mirelemovun exlagsizdig hagginda sozleri gedib adresina catmag ucun rahat ve surushken bir yolla getmelidir. Bunun rahat yolu sabundu)))

G.M 2018-11-18 00:45:36

Xalqınm,millətin bir şedyi qalmayanda gəmirici məmurlar bir-birlərini parçalayırlar.YAP-a qoşulmaqla var dövlət qazananlar isə həddən artıq varlananda sadəcə Allahın qəzəbinə gəlirlər.Yəni ki,H.Əliyevin ``çörəyi tutur`` onbları.Burunlarından gəlir yedikləri,hərraca çıxarılır oğurladıqları.İngiltərənin,Fransanın küçələrində sərgərdan gün keçirdir ailələri və.sMirələmovdan da soruşacaqlar nə vaxtsa Q1az Emalından çırpışdıqları.

Sual 2018-11-18 00:45:36

Qeribe odur ki Abel haqinda gorun kim danisir ve hetta onu exlaqsiz aclandirir. Hansi ki bu sozun arxasinca akademikin fealiyeti ile yanasi Elmler Akademiyasi ve butun mensub olduxu her bir amil durur. O ki qaldi Seyxe meger onin baresinde tekce Abelmi danisir. Yaxud Seyxin qudasimi danismadi. Ya Mirelemi qadin jurnalistlerdenmi sorusan olmaz. Yoxsa onun qardasi oxlu polis olsa bele restoranlarda qanli razborkalarin qurbani olmadimi. Yaxuda Seyxin kimsesiz ve ya kasib olu sahiblerinden yixilan pulara goz tikmir. Belke kefen pulsuzdur.merasim evleri restoranlardan ferqli deyil. Qebrstanliqlara aparilan oluye gore alinan pullar teyyare bilerine beraber deyilmi.Hansi birini deyim ya...

pensiyacı hərbici 2018-11-18 00:45:36

yaxşı olardıki azərbaycanın yırtıcı məmurları bir birinin pis əməllərini müdafiə etmək yox azərbaycan xalqının dövlətinin varını dövlətinimilyardlarla pulunu ogurlayıb xaricə ofşorla daşımaq məsələsinə pis tənqidi münasibətlərini bildirərdilər. yoxsa bu milyardları ogurlayan məmurlar hec kim hec kimin xatirinə dəyməsin siyasəti yürüdür.ancaq bütün neqativliyin qarşısını alan və hər şeyə məsuliyyətli prezidentimiz var bütün ogruların talancıların məmur özbaşınalıgının qarşısını prezident almalıdır fikirlə

Adəm 2018-11-18 00:45:36

Birincisi sən hardan bilirsən ki, Abel 19 ildə nə fırıldaqlardan çıxıb, ikincidəki sən yeraz olduğun üçün belə danışırsan.Yaxşı olar ki,gedin qatığı öz başınıza sürtün.50 ildir ki, bu xalqın başına ip salmısınız.Artıq bezmışık sizin əlinizdən.Azpolitika kişilik et bu rəyi ver.

lerikden Melehet muellim 2018-11-18 00:45:36

indi siz bu insana baxin ay millet, demek abel neinki exlaqsizlq cinayet etsin ( kontrabanda, saxta icki duzeltme ve s ve s) ve hele ustelik Qafqazin weyxi olan wexse icib hormetsizlik etsin Huseynbala muellim ve ya bawqalari onu tenqid bele etmesin? beli bu boyuk exlaqsiz hereket olub Azerbaycan elmine ,cemiyetine ve dinine qarwi hetda ,ceasizda prezident terefinden verildi,cemiyetde tupurdu bu herekete,qalib huquq muhafize orqanlarinin huquqi qiymet vermesi..

EJDER 2018-11-18 00:45:36

WOU EHLININ MANISIDA AZERBAYCAN VETENDAWIDI.HARAM PULLAR GOZUVUZU TUTUB...QUSARSIZ...Y A P cilar.QOPCULAR PARTIYASI.LAZIMDAN,INKIWAFDAN DANIWIN.

Arif 2018-11-18 00:45:36

Əslində M.Musayev Mirələmovun dediyindəki faktların həqiqət olub olmamasını araşdırsaydı pis olmazdı ondan sonra tərəfkeşliyə keçəydi.Görünür demokratik pərdəsi altında gizlənmiş insanlar hələdə yerliçilikdən saxta millətçilikdən əl çəkə bilmirlər.Musayev ölkənin aparıcı partiyasında həmdə dövlətdə mühüm post tutan şəxslərdən olub çox təssüflər olsunki onun Mirələmovdan heç bir fərdi düşüncəsi yoxdur.

Alkoqolik Hüsöyün 2018-11-18 00:45:36

Hörmətli Musa müəllimin yadına son illərdə formalaşmış bir məsəli salmaq istərdim:"Yemiş tağları bir-birinə dolaşsa da, yemiş yemişi yeməz" Yəqin kəlamın fəlsəfəsini tutdunuz. Belə götürəndə elə siz özünüzdə vurulub süfrədən atıldıqdan sonra haqq-ədalət axtarışına çıxmış kimi özünüzütəqdim etmək istəyirsiniz. Amma çifayda, artıq gecdir. Lakin narahat olmayın, təsadüfən möhtərəm Şeyxor-islam diputat Mirələmovdan əvvəl süquta uğrasa ikinci birincini Abelin çaxır məclisində qədəh yoldaşlığında ittiham edəcək.

Moshu 2018-11-18 00:45:36

"Süzməyi kimdən öyrəndin? yəqin ki, xalq mahnısından olan bu sözlər hamıya tanışdır. Maraqlıdır, bu yaltaqlığı, məddahlığı, üzr istəyirəm, girənliyi kimdən öyrənmişik? Yəni bizim mahiyyətimiz doğrudanmı budur? Əxlaq fəlsəfi kateqoriyadır. Əxlaqlı və ya əxlaqsız olmaq, bunun ölçü meyarı nədir? Görəsən deputat Mirələmov özünü əxlaqlımı sayır? Heydər Əliyevlə, İlham Əliyevlə bağlı bütün xalqa məlum olan faktları toplayıb, əgər buna kitab demək olarsa, bir-iki kitab yazanda Hüseynbala müəllim əxlaqlımı olur? Hörmətli deputatımız Mirələmov müəllim nə vaxtdan müdafiəçi funksiyasını əldə edib, yəni hörmətli şeyximiz hansı müsbət əməllərinə görə müdafiə olunur? Bu "savadsız, qara cəmaəti" axmaq yerinə qoyduğunuz kifayət edər. Şeyximizə gəldikdə isə tam məsuliyyətimlə deyə bilərəm ki, bu insan nə Abel Məhərrəmovdan, nə Eldar Mahmudovdan, nə Ziya və Fazil Məmmədovlardan, nə başqa ünsürlərdən hansısa azacıq da olsa müsbət keyfiyyətləri ilə fərqlənmir.Bəlkə də bu subyektlərin elə ən təhlükəlisi elə şeyximiz və bu tipdə nazirlərimiz və deputatlarımızdır. Yəqin ki, möhtərəm Prezidentimiz bilməmiş deyil, O, çox təhlükəli, yaltaq, 1 dəqiqənin içində adamı baqaja qoyub qaçan ünsürlərlə əhatə olunub. Arzu etməzdim, amma nə zamansa bu sözlərin real olmasının şahidi ola bilərsiniz. Bizi uca ALLAH qoruyur, bəndəyə qalsa, çoxdan məhv olub getmişdik

redaktor 2018-11-18 00:45:36

faiq kimi muxeni olmaqdan Xanis kisi kimi coban olmaq yaxsidi bir defe onu basa saliblar deyesen o buna bes etmeyib ki diline yene de sahib dura bilmir birde ki neyine sahib durub ki bu diqinli

Turab 2018-11-18 00:45:36

qirin birbirinizi haramzadeler

Veteran 2018-11-18 00:45:36

Halal olsun! Men ona gore o manisa meslehet gordum ki, getsin "guzgu" ye baxib evvelce oz kecmiwini yada salsin!

t.ədalət 2018-11-18 00:45:36

H.Mirələmovun bir tərəfli mövqeyi düzgün deyil.Çünki Şeyx də kommersantdır,Abeldən geri qalmır.Ancaq Musa Musayevin Abel Məhərrəmov haqqında mövqeyi isə çox müəmmalıdır.Axı,Abel Məhərrəmov,lazım gəlsə, "istənilən vaxt ölkədə sabitliyi poza biləcəyini"ifadə edib.Qəribədir,hakimiyyətə qarşı hədələyici fikirlər səsləndirən Abel Məhərrəmova qahmar çıxan adam həm də YAP-çıdır."Hakimiyyəti laxlatmaq istəyən"birisinə haqq qazandırmaq istəyən Musa Musayevin mövqeyinə,yəqin ki YAP da öz münasibətini bildirəcək..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol