Menu

Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

21.11.2018, 16:36
Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kənd sakinləri torpaqlarını birləşdirərək ilk kooperativin əsasını qoyublar.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 16 İyul 1996-cı il tarixdə imzalanmış “Torpaq islahatı haqqında" qanuna uyğun olaraq adları çəkilən kəndlərin sakinlərinə ümumilikdə 1 100 hektar torpaq sahəsi verilib. Bunun isə 850 hektarı “Sabirabad rayonu Birlik İstehsal Kooperativi”nin tərkibində birləşib.

Kooperativin tərkibində 133 ailənin birləşməsinə baxmayaraq, uzun illər ərzində vətəndaşlar arasında aparılan alqı-satqılar nəticəsində dövlət aktlarının sayı 198 nüsxə təşkil edir.

Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1,25 hektar torpaq sahəsi düşür.

Şərhlər

Ladenə cavab 2018-11-21 16:36:23

Yaxşı olardı ki,Gedib İsmayıllı rayonunda yerləşən Nikitin adına kolxoza baxıb gələydin və ondan sonra şərh yazaydsın.

Laden 2018-11-21 16:36:23

70 il sovet höküməti kolxoz adıyla insanları çarpıb taladı
İndi də siz koperativ adıyla yeni manapoliya yanaşırsınız
Görəsən bu millət nə vaxt özünə gələcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol