BAKIYA GİRİŞ-ÇIXIŞ BAĞLANDI - Dəhşətli tıxac yaranıb

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.

"AzPolitika" xəbər verir ki, yolda olan sürücülərin Modern.az-a verdiyi məlumata görə, yolda tıxac 2 saata yaxındır davam edir. 20 yanvar dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub. Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən həmin yolda da avtomobillər yalnız bir cərgə hərəkət etmək məcburiyyətində qalıb.

Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, hələ ki, problemi həll etmək mümkün olmayıb. Tıxacın hansı səbəbdən yaranması ilə bağlı hər hansı məlumat verilmir.

635x100

Şərhlər

t.ədalət 2018-11-23 21:03:20

Hanı ,bəs elektrik qatarları niyə sərnişinləri daşıya bilmir?Həm baha,həm də yarıtmaz şəraiti olan elektrik qatarlarına kim minər?İllərdir Dəmir yolu nəqliyyatından razılıq edən olmur.Görünür,rəhbərlik işin öhdəsindən gələ bilmir.

Aqronom 2018-11-23 21:03:20

20 yanvar metrosunun ətrafında yolları zəbt edən taksi və qanunsuz sərnişin daşıyan fordlar digər markalardan olan texnikalar olduğuna görə hər vaxt belə olacaq. Dövlət Yol Polisinin əməkdaşları qətiyyətli mübarizə aparmalıdırlar. Taksilər bakı-sumqayıt yolunu demək olarki bağlayırlar . Qanun çərçivəsində cərimə tətbiq edilməlidir. Mədəniyyət təmiz itib.

Son yazılar