Menu

Əlibəylidə dəhşət: ermənilər mülki avtomobili partlatdılar

09.08.2014, 16:17
Əlibəylidə dəhşət: ermənilər mülki avtomobili partlatdılar

[caption id="attachment_46882" align="alignleft" width="300"] arxiv foto[/caption]

Əsgərlərimiz isə ermənilərin maşınını atəşə tutaraq yandırıb

Dünən Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Əlibəyli kəndində mülki avtomobili atəşə tutublar.

Modern.az-ın cəbhə xəttində olan əməkdaşının verdiyi məlumata görə, atəş nəticəsində “VAZ-21 07” markalı mülki avtomobil tam yanaraq sıradan çıxıb.

Xoşbəxtlikdən maşının içindəki sərnişinlər vaxtında qaçaraq xilas ola biliblər.

Bu hadisədən 5 dəqiqə sonra Azərbaycan Ordusunun həmin istiqamətdə açdığı cavab atəşi nəticəsində ermənilərin “Jeep” markalı maşını atəşə tutularaq yandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol